Modern.az

Rusiya Ukrayna ilə bağlı mövqeyini DƏYİŞDİ

Rusiya Ukrayna ilə bağlı mövqeyini DƏYİŞDİ

Aktual

12 May 2022, 22:15

Kiyevin Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi ilə bağlı Rusiyanın mövqeyi dəyişib.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski deyib.

 

O qeyd edib ki, Rusiya Ukraynanın bu təşkilata üzv olmasına qarşıdır.

 

"İndi bizim bu məsələ ilə bağlı mövqeyimiz Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyimizlə oxşardır", - deyə Polyanski bildirib.

 

Xatırladaq ki, Rusiya Ukraynanın hərbi ittifaqlara qoşulmamasını tələb edir. Rəsmi Moskva bir neçə dəfə Kiyevin Avropa İttifaqına qoşulmasına mənfi yanaşmadığını ifadə edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı