Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, turun son oyununda "Sumqayıt" klubu "Səbail"i qəbul edib.
Qarşılaşma "Sumqayıt"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıran "Sumqayıt" mövsümü 7-ci, 15 xala malik "Səbail" isə 8-ci pillədə başa vurub.