Modern.az

ABŞ Ukraynaya zərbə dronlarının satışını dayandırdı

ABŞ Ukraynaya zərbə dronlarının satışını dayandırdı

مورد توجه

18 İyun 2022, 15:12

ABŞ rəhbərliyi qabaqcıl texnologiyaların Rusiyanın əlinə keçməsindən ehtiyat edərək, dörd MQ-1C Grey Eagle kəşfiyyat və zərbə dronlarının Ukraynaya satışını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

 

Bildirilib ki, Pentaqonun Müdafiə Texnologiyalarının Təhlükəsizliyi Mərkəzinin araşdırmasından sonra Rusiya ilə döyüş meydanında istifadə üçün MQ-1C Grey Eagle pilotsuz təyyarələrinin satışına etirazlar artıb. Mərkəzə bahalı texnologiyaların düşmənin əlinə keçməsinin qarşısını almaq tapşırılıb.

 

Məlumata görə, pilotsuz təyyarələrin radarları və müşahidə cihazları Rusiyanın əlinə keçsə, Amerikanın təhlükəsizliyinə təhdid yarada bilər. Bu səbəbdən PUA-ların Ukraynaya satışının dayandırılmasına qərar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı