Modern.az

Avropa İttifaqı NATO ilə əməkdaşlığı gücləndirir

Avropa İttifaqı NATO ilə əməkdaşlığı gücləndirir

Актуально

21 İyun 2022, 08:47

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının hazırkı vəziyyətində Avropa İttifaqı və NATO, eləcə də onların üzvləri tam birlik nümayiş etdirərək əməkdaşlığı gücləndiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının qəbul etdiyi yekun qərarda bildirilib.

 

Qeyd olunub ki, Avroatlantik təhlükəsizlik üçün indiki kritik anda Avropa İttifaqı-NATO strateji tərəfdaşlığı əvvəlkidən daha möhkəm və aktualdır.

 

Sənəddə, həmçinin vurğulanıb ki, rəhbər orqanlar və işçi qrupları səviyyəsində siyasi məsləhətləşmələrlə yanaşı, strateji kommunikasiyalar və dezinformasiyaya qarşı mübarizə, tələblərin üst-üstə düşdüyü hallarda müdafiənin planlaşdırılmasının əlaqələndirilməsi, hərbi mobillik məsələləri üzrə dialoq və Ukraynada kadrların qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlıq qurulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı