Modern.az

Bayden rusları barbar adlandırdı

Bayden rusları barbar adlandırdı

مورد توجه

26 İyun 2022, 18:23

ABŞ Prezidenti Co Bayden bu gün Kiyevə raket hücumunu Rusiya barbarlığının nümunəsi adlandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bunu Almaniyanın Elmau qəsrində keçirilən G7 sammiti çərçivəsində Ukrayna paytaxtının atəşə tutulmasını şərh edərkən deyib.

 

“Bu, daha çox onların barbarlığının nümunəsidir”, - ABŞ lideri bildirib.

 

Xatırladaq ki, bu gün Rusiya qoşunları Kiyevin Şevçenkovski rayonuna raket zərbəsi endirib. Hücum nəticəsində ən azı 5 nəfər yaralanıb, bir nəfər ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı