Modern.az

“Çağ Öyrətim” yeni bilik olimpiadasına start verdi

“Çağ Öyrətim” yeni bilik olimpiadasına start verdi

Aktual

2 Aprel 2013, 15:57

Aprelin 5-6-da Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO) keçiriləcək. Modern.az xəbər verir ki, bununla bağlı bu gün keçirilən mətbuat konfransında “Çağ Öyrətim” İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz bildirib ki, beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ Öyrətim” İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Baş İdarə rəisi qeyd edib ki, olimpiadanın keçirilməsi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilgiləndirmək, şagirdlərdə ekoloji süuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas, müsbət, və qalıcı münasibət formalaşdırmaq və digər məqsədlərə xidmət edir: “Bu il VII “İnepo Avrasiya” Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə yaxın iştirakçı yarışacaq. 2013-cü ildə Azərbaycanla yanaşı 45 xarici ölkədən 625 layihədən 22-si, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-si növbəti mərhələyə keçib. Tədbir 5-6 aprel 2013-cü ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək”.

“Çağ Öyrətim” İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən bu olimpiadada iştirak edənlərin sayının hər il artdığını deyib. Ə.Özərən bildirib ki, olimpiada dünyada Türkiyədən sonra Azərbaycanda keçirilir: “Bu gün dünyada ekologiya sahəsində mövcud olan problemlər və onların həlli daima müzakirə olunan əsas məsələlərdən biridir. Sənaye və texnologiya inkişaf etdikdə onun yaratdığı problemlərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Bu gün xəstəliklər dünənə nisbətən daha çoxdur. Buna qarşı tədbirlərin görülməsi, ətraf mühitin qorunması hər ötən gün aktuallığını artırır. Azərbaycanda da hər kəs buna özünəməxsus formada layiqli töhfələr verməyə çalışır. Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası da şagirdləri ətraf mühitin qorunması sahəsində lazımi işlər görməyə təkan verir”-deyə İdarə Heyətinin sədri vurğulayıb.  

Qeyd edək ki, 2012-ci ildə keçirilən olimpiadaya 42 ölkədən 250-dən artıq iştirakçı qatılıb. Azərbaycan məktəblərində 200-dən artıq layihə arasında 70 layihə, xarici ölkələrdən isə 48 layihə seçilib.

 

Anar Kəlbiyev

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı