Modern.az

"Ana müxalifət" müharibə partiyası adlandırıldı

Current

11 Sentyabr 2022, 12:09

"Bir partiya var, "Milli Hərəkat"ı deyirəm, əslində Gürcüstana ziyan vurmaq üçün hər şeyi edən bir nüvədir".

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

 

İcraçı katib qeyd edib ki, vətəndaşlığı olmayan insanlardan təşkil olunmuş müharibə və xəyanət partiyası ("Vahid Milli Hərəkat"- red.) heç vaxt uğur qazana bilməz. Onun sözlərinə görə, Gürcüstanın düşmənçiliyində heç kim qalib gəlməyib, çünki Gürcüstan həmişə qalib gəlir.

 

“Bu insanların və onların sahiblərinin etdikləri bütün dünyada bir çox insanın gözündə ölkəmizin və Gürcüstan vətəndaşlarının imicinə xələl gətirir. Onların ölkə daxilində olan, sonra da xaricə apardıqları bu isteriya Gürcüstana ziyan vurur, 'Gürcü Arzusu'nu zədələməkdən çəkinmirlər",- deyə Mamuka Mdinaradze söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı