Modern.az

Minaya düşən fəhlənin barmaqları amputasiya edilib

Minaya düşən fəhlənin barmaqları amputasiya edilib

Aktual

2 Oktyabr 2022, 13:15

Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlunun vəziyyəti sabitdir.

 

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

 

Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. 

 

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı