Modern.az

Müharibəyə etiraz edən jurnalist Rusiyadan QAÇDI

Müharibəyə etiraz edən jurnalist Rusiyadan QAÇDI

Aktual

17 Oktyabr 2022, 16:08

"Birinci Kanal"ın keçmiş əməkdaşı Marina Ovsyannikova ev dustaqlığından qaçdıqdan sonra Rusiyanı tərk edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun barəsində Rusiya ordusunu nüfuzdan saldığına görə həbs qətimkan tədbiri seçilib.

 

Jurnalistin vəkilinin sözlərinə görə, Ovsyannikova Avropa ölkələrindən birinə gedib və hazırda orada müdafiə olunur. Vəkil, həmçinin qeyd edib ki, Rusiya Daxili İşlər Nazirliyi Ovsyannikovanı axtarışa vermişdi.

 

Qeyd edək ki, Marina Ovsyannikova bu ilin mart ayında “Vremya” verilişində Ukraynadakı müharibəyə etiraz edib. Onun canlı yayım zamanı əlində tutduğu plakatın üzərində “Müharibəyə yox! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!” sözləri yazılıb. Məlum hadisə dünya arenasında böyük rezonans doğurub. Marina insident səbəbindən saxlanılıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı