Modern.az

BMT-dən İrandakı terrora REAKSİYA

BMT-dən İrandakı terrora REAKSİYA

Aktual

27 Oktyabr 2022, 08:34

BMT İranın Şiraz şəhərində törədilən terror aktını pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik mətbuat konfransında deyib.

 

“Biz terroru, xüsusən də dini obyektlərə edilən hücumları pisləyirik”, - deyə o bildirib.

 

Qeyd edək ki, dünən İranın Şiraz şəhərindəki Şahçerax məqbərəsinə hücum zamanı 45 nəfər həlak olub, onlarla insan yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

 

Təşkilatın yaydığı məlumatda bildirilib ki, terrorçu qruplaşmanın yaraqlıları İranın cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı