Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Məlumata görə, Kənd təsərrüfatının bərpası və inkişafı nazirliyinin məsul şəxslərinin olduğu nəqliyyat vasitəsi partladılıb.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Partlayışın kimlər tərəfindən törədildiyi məlum deyil. Hələlik rəsmi açıqlama verilməyib.