Modern.az

Məşhur türkoloq səfirliyə terror hücumunu qınadı

Məşhur türkoloq səfirliyə terror hücumunu qınadı

Current

29 Yanvar 2023, 14:22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində dünya şöhrətli görkəmli türkoloq alim, professor Əhməd Bican Ərcilasun ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə AMEA-dan bildirilib.

 

Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücumu şiddətlə qınayan professor Əhməd Bican Ərcilasun bu basqını dəhşətli terror hadisəsi adlandırıb, xalqımızla həmrəy olduğunu ifadə edib.

 

Görüşdə türkologiya elminin qarşısında duran vəzifələrdən bəhs edilib, bu istiqamətdə indiyədək Azərbaycanda və Türkiyədə aparılmış tədqiqatlardan və birgə elmi-tədqiqat işlərinin davam etdirilməsinin əhəmiyyətindən söz açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı