Modern.az

Atmosferi çirkləndirən daş karxanası cərimələndi 

Atmosferi çirkləndirən daş karxanası cərimələndi 

Güncel

18 Avqust 2023, 21:50

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində fəaliyyət göstərən “Nardaran Daş Karxanası” LTD tərəfindən atmosferə toz hissəciklərinin atılması faktı müəyyən olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

 

Onun sözlərinə görə, aparılan ölçmə işləri nəticəsində atmosferə atılan toz hissəciklərinin normadan artıq olduğu məlum olub.

 

Faktla bağlı “Nardaran Daş Karxanası” LTD barəsində akt, protokol tərtib olunub və müəssisə hüquqi şəxs qismində cərimə olunub.

 

Xidmət rəsmisi qeyd edib ki, mövcud vəziyyətin yerində araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla, Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışın alınması istiqamətində işlər aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı