Modern.az

İrəvanda kütləvi etiraz aksiyası BAŞLADI

İrəvanda kütləvi etiraz aksiyası BAŞLADI

Aktual

24 Sentyabr 2023, 18:46

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıblar.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat verib.

 

Hökumət binasının yerləşdiyi meydana 1 mindən çox insan toplaşıb. Vətəndaşlar ərazini doldurmağa davam edir. Çıxışlar üçün avadanlıq ənənəvi olaraq meydanda yerləşən Erməni Tarixi Muzeyinin qarşısında quraşdırılır.

 

Hökumət binasının girişi bir neçə cərgə polis tərəfindən qorunur, lakin etirazçılar onun qarşısına deyil, meydanın mərkəzi hissəsində, müvəqqəti səhnənin qarşısında toplaşırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı