Modern.az

Farizin günahı nə?

Farizin günahı nə?

Страна

17 Mart 2011, 13:41

Azərbaycan və Ermənistan prezidentlərinin martın əvvəlində baş tutan növbəti Soçi görüşündə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi nəticələr əldə olunmadı. Əslində siyasi ekspertlər də bu görüşdə hansısa irəliləyişə nail olunacağına əvvəcədən ümidsiz idilər. Ancaq həmin görüşdən sonra Sərkisyan Riqada erməni diasporunun nümayəndələri ilə görüşdə Dağlıq Qarabağ məsələsində irəliləyiş barədə erməni hiyləgərliyi ilə danışması çox təəccüblə qarşılanıb: "Əgər bu sual bir həftə əvvəl verilsəydi, deyərdim ki, hər hansı nəticəni gözləmirəm. Amma Soçidəki görüşdən sonra demək olar ki, Azərbaycanın mövqeyində müəyyən irəliləyiş var".  Bax belə yerdə deyiblər ha: "Adımı sənə qoyum, səni də yana-yana". İyirmi ildən çoxdur ki, Azərbaycan və bütün dünya bu dığalara, Sarkisyana və ondan qabaqkılara başa sala bilmir ki, ay dığalar, işğaldan əl çəkin, geri qaytarın zəbt elədiyiniz əraziləri. Ancaq eşitmək istəmirlər ki, istəmirlər. Onsuz da "kiş deməklə donuz darıdan çıxmır ki", gərək onları öz dillərində başa salasan. Sərkisyanda həyasızlığa bir baxın, biz torpaqlarımızı tələb edirik, o isə Azərbaycanın mövqeyindəki müəyyən irəliləyişlərdən danışır. Hələ utanmadan davam edir ki, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının prinsipləri ətrafında müəyyən razılıq əldə olunacaq. Sonra da həmsədrləri ortaya ataraq onların təklif etdiyi üç əsas prinsip - güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərilə razılığa gəlinə biləcəyini, bundan sonra yeni danışıqlar mərhələsinin başlayacağını deyib. Qəribədir, bu prinsipləri bayraq edən S.Sərkisyan unudur ki, əgər Azərbaycan öz ərazi bütövlüyünə sülh yolu ilə nail ola bilmirsə, güc tətbiqi yüzdəyüz labüdləşir. Xalqların öz müqəddəratını təyin etməsi eyhamına gəlincə, ermənilər artıq bunu bir dəfə ediblər və öz dövlətlərini qurublar...  Soçi görüşünün üstündən cəmi üç gün sonra Ermənistan Silahlı Qüvvələrinə məxsus snayperin açdığı atəş nəticəsində Ağdamın Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlovun həlak olması ermənilərin heç də sülh istəmədiklərini sübut edir. Qana susamış erməni terrorçuları indi də uşaqları hədəf götürüblər, gələcəkdə cinayətkar əməllərinə görə cavab verəcəklərindən qorxduqları üçün. Çünki "haylar" yaxşı başa düşürlər ki, gün gələcək onları məhz Farizlər, Farizin yaşıdları mühakimə edəcəklər.  Məni çox ağrıtdı Farizin ölümü, düşmən gülləsi ona yaşadıqları evin həyətində oynayarkən tuş gəlib. Yəqin ki, Farizin oyuncağı da taxtadan düzəltdiyi avtomat olub. Erməni snayperini də qorxudan bəlkə də, Farizin yaşıdları ilə oynadığı "dava-dava" oyunu və oyuncağı olub. Axı Fariz yaşasaydı, sabahın əli avtomatlı əsgəri olacaqdı, doğmalarının, həmvətənlərinin, babalarının, Vətəninin qisasını almaq üçün düşmənlə döyüşə atılacaqdı.  İndi Farizin ölümündən yana cəmiyyətdə ciddi etiraz var ermənilərə qarşı. Məsələn, BMT baş katibinin müavini, uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndə Radikha Kumarasviyə göndərilən müraciətdə erməni təcəvüzkarlarının Farizi öldürməklə dünyadakı bütün uşaqların yaşamaq hüququna atəş açdığı bildirilib.  Sənin saf və pak ruhun qarşısında baş əyirik, Fariz. Bundan artığını etməyə isə acizik, hələ ki...

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı