Modern.az

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır 

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır 

Ölkə

9 Mart 2018, 17:34

Bakıdakı Təbriz küçəsində hərəkət məhdudlaşdırılır.

Bu barədə Modern.az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (9-dan 10 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.

Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı