Modern.az

AFFA hər oyunçuya 5 min dollar mükafat vermək istəyirmiş

AFFA hər oyunçuya 5 min dollar mükafat vermək istəyirmiş

Ölkə

11 Avqust 2011, 13:15


Azərbaycan milli komandası avqustun 10-da növbəti yoldaşlıq görüşündə Makedoniya y;]mas;na uduzdu – 0:1.
Berti Foqtsun çalışdırdığı komandamız yenə özünü doğrulda bilmədi. Bu arada məlum olub ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dünən Makedoniya millisiylə oyunda qazanılacaq qələbəyə görə futbolçularımıza yaxşı mükafat ayırıbmış.

Makedoniyanın «Makedonski sport» qəzetinin yaydığı məlumata görə, Azərbaycan millisi qələbə qazansaydı, əsas heyət futbolçularının hər birinə 5 min dollar məbləğində pul veriləcəkmiş.  Yoldaşlıq oyunu üçün az məbləğ deyilmiş.

Lakin millimiz məğlub olduğundan AFFA təbii ki, bu pulu oyunçulara ödəməyib.

Son oyun göstərdi ki, Azərbaycan futbolunun inkişafı üçün xərclənən pullar batır. Neft pulları ilə bəslənən futbolçularımız Azərbaycan futbol ictimaiyyətinin qanını qaratltmaqda davam edirlər. 

Azərbaycanı mötəbər turnirlərdə təmsil edən bu futbolçular Azərbaycan pensiyaçısının, müəlliminin, həkiminin, hətta aliminin hələ xeyrini görmədiyi neft pulları hesabına necə deyərlər, yağ içində böyrək kimi bəslənirlər. Hərəsinin bir neçə bahalı xarici avtomobili, evləri var, yaxşı maaş, mükafat alırlar, yüksək kalorili qidalarla yedizdirilirlər. Bəs nəticə hanı..? Nə vaxtadək qapazaltı olacaqlar..?

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Belçikanı, ayın 6-da isə Qazaxıstan yığmasını qəbul edəcək.

İyunun 3-də Avropa Çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası Astanada qazaxlar qarşısında aciz duruma düşdülər, 1:2 hesabı ilə məğlub oldular. 

Görək Bakıda necə oynayacaqlar...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı