Modern.az

Azərbaycanda hərbi xidmətə çağırış başlayıb

Azərbaycanda hərbi xidmətə çağırış başlayıb

Ölkə

1 Oktyabr 2011, 14:58

Ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq, oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıbr. Oktyabrın 30-dək davam edəcək çağırış prosesində 1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları həqiqi hərbi xidmətə aparılacaqlar.

Fərmana uyğun olaraq “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Hərbi çağırışla əlaqədar Müdafiə Nazirliyinin Təşkilat səfərbərltk idarəsində «qaynar xətt» yaradılıb. Çağrışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları 1 oktyabr 2011-ci il səhər saat 09.00-dan etibarən «qaynar xəttin» bu telefon nömrələrinə 538-61-10,  539 90 28,  539 23 55  zəng edə bilərlər.

 

Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən «etimad xəttinin» telefon nömrələrinə 538-61-31,  538 61 74,  539 23 76  zəng etmələri xahiş olunur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı