Modern.az

Azərbaycanda ən çox əcnəbi işçilər türklərdir

Azərbaycanda ən çox əcnəbi işçilər türklərdir

کشور

11 Yanvar 2010, 11:48

2009-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 21,5 faiz artıb. Belə ki, ötən il əlavə olaraq 1425 nəfər əcnəbi vətəndaş uçota alınıb və beləliklə də fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 1 yanvar 2010-cu il tarixə olan statistikaya əsasən, 8063 nəfərə çatıb. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 
Ümumilikdə 87 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Тürkiyə vətəndaşları çoxluq təşkil edir- 4654 nəfər. İl ərzində diğər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə edilib. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1225 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 545 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (255 nəfər), Hindistan (202), Çin Xalq Respublikası (97), Ukrayna (75), Pakistan İslam Respublikası (70), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (85), Malayziya (63), Qazaxıstan (63), Özbəkistan(59), Türkmənistan (48), Almaniya (53), İtaliya (42), ABŞ (33) və s. ölkələr gəlir.
Qeyd edək ki, DSMF tərəfindən Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir. Bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsinin gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır, bu ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı məqsədilə sistemlərin qarşılıqlı öyrənilməsi istiqamətində işlər görülür.
Onu da bildirək ki, ölkəmizdə Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə 2006-cı ilin yanvarın 1-dən başlanılıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı