Modern.az

Qiyamət günü? Sinoptiklər xəbər verir ki, SABAH OLMAYACAQ!!! - ARAŞDIRMA

Qiyamət günü? Sinoptiklər xəbər verir ki, SABAH OLMAYACAQ!!! - ARAŞDIRMA

Ölkə

9 Noyabr 2012, 13:01

Qiyamətin qopmağı, Mayya təqvimi, İsaak Nyutonun hesabladığı sonuncu “qara tarix”...

İllər öncə istedadlı repçi Anar Nağılbazın oxuduğu bu  mahnının bir gün reallıq kimi səslənəcəyini ağlımıza gətirmirdik. Amma budur, bəzi alimlər xəbər verir ki, dekabrın 20-dən sonra “sabah olmayacaq”. Gah deyilir  2012-ci ilin dekabrın 21-də qiyamət qopacaq, gah da iddia olunur ki, Yer planeti 4 gün, 4 gecə qaranlığa qərq olacaq.

Maraqlıdır ki, bu xəbər Rusiyada daha çox populyarlıq qazanıb. Bu ölkənin əhalisi evlərinə kisələrlə un və un məhsulları, başqa ərzaq məhsulları alıb yığır. Azərbaycanlılardan fərqli olaraq iqtisadi çətinliklərə heç dözümü olmayan bu ölkə əhalisi hökumətdən narazılıqlarını kənara qoyub, öz başlarına çarə qılmağa başlayıblar. Hətta məlumatlara görə, banklardan pulunu götürüb, xərcləyənlər də var. Hələliksə, bundan udan ölkə hökumətidir. Belə ki, həm bazara istehlakçı cəlb olunur, həm də, narazı kütlənin qəzəbi ikinci plana keçir. Necə deyərlər, həm siyasət, həm ticarət.   

Yox, biz birmənalı olaraq bu xəbərə inanmayanların  yanında deyilik. Amma hər halda bəzi şübhələr var və ona görə də kiçik bir araşdırma aparmaq istəyirik. Nədir o şübhələr?

Şübhə 1. Quran qiyaməti xəbər verənlər haqda nə deyir?

Dinşünas Ramin Vəkilov bildirir ki, qiyamət günüylə bağlı belə yanlış hesablamalar çox olub. “Min il bundan qabaq xristianlar İsanın doğumunun mininci ilində qiyamətin qopacağı inancında idilər. Fəqət bu zaman keçdi və qiyamət qopmadı. Bundan sonra da xristianlıqda bir inanc vardı ki, guya, qiyamət 2000-ci ildə qopacaq. Xatırlayırsınızsa, bu barədə çoxlu şayiələr dolaşırdı. Ancaq bu zaman da gəlib keçdi, heç nə baş vermədi”.

Ekspertin sözlərinə görə, məşhur hədislərdən birində Həzrəti-Peyğəmbərimizin “Bu ümmətin ömrü min ili keçəcək, ancaq min beş yüz ili aşmayacaqdır...” deməsini əsas tutaraq, son dövrlərdə müsəlmanlar da qiyamətin tarixini hesablamağa cəhd edirlər.
“Bu rəvayət məşhur İslam alimlərindən Cəlaləddin Süyutinin “Əl-Kəşfu an Mu’cizəti Həzihi’l-Ümməti’l-Əlf” adlı əsərində keçir. Əslində Süyuti (rəhmətullah) böyük alim olsa da, rəvayət etdiyi hədislərin hamısı mötəbər deyildir. Belə ki, hədis elmində Süyuti “mütəsahil” alimlərdən sayılır. Yəni hədis rəvayət etməkdə qəbul etdiyi şərtlər sərt deyildir. Bu səbəbdən onun kitablarına aldığı hədislərə ehtiyatla yanaşmaq, səhihliyi barədə başqa mühəddislərin də rəyinə baş vurmaq lazımdır. Süyutinin rəvayət etdiyi bu hədis səhih deyil”.
R.Vəkilovn bildirir ki, həmin hədis Qurandakı bu barədə olan ayələrə ziddir. Allah buyurur: “(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Əraf, 187)”.

Göründüyü kimi, hətta islam peyğəmbəri (s.ə.s) belə,   qiyamətin nə zaman qopacağını bilməyib. Ona görə də məhz Qurandan və ya hədislərdən misal çəkməklə qiyamətin yaxınlaşdığını demək birmənalı olaraq yanlışdır.

Şübhə 2. Sovetlər dönəmində niyə belə xəbərlər yayılmırdı?

Hələ sovetlər dönəmində xarici ölkələrə gedə bilən az sayda admlar belə xəbərlər gətirirdilər: “Orada qəzetlər yazır ki, filan ildə dünya dağılacaq”. Belə çıxır ki, ideoloji təbliğatlarını ateizm üzərində quran sosialistlərin belə manevrlərə ehtiyacları qalmırmış. İnsanların həyatının puldan asılı olduğu kapitalizm quruluşunda isə vaxtaşırı belə informasiyaları dövriyyəyə buraxmaq lazım gəlir. Bu barədə politoloq Razi Nurullayevin də fikirləri düşündürücüdür.
“21 dekabrda dünyanın sonunun gəlməsi, dəqiq desək, Maya sivilizasiyasının 5.125 illik qədim təqviminin bitmə tarixi daha çox paranormal hadisədir və məncə ciddi elmi əsasları olmayan məsələdir. Düzdür, həmin gün qaranlıqlaşma olacaq, amma Tibetin dini lideri Dalay-Lamanın dediyi kimi, fevralın 7-dək davam etməsi inandırıcı deyil. Məsələ artıq elmi və paranormal hadisə müstəvisindən siyasi müstəviyə daşınıb. Bununla bərabər, bu hadisə kimlərinsə milyardlar qazanmasına səbəb olacaq. Elə buna görə də bir sıra siyasi və iqtisadi dairələr bundan yararlanmağa çalışır. Vaxtilə quş və donuz qripləri müəyyən dairələrə milyardlar qazandırdı. Quş və donuz qripi vaksinləri dövlətlər səviyyəsində satıldı. Vaksinləri kim istehsal edirdi? Supergüclər. Quş qripindən barmaqla sayıla bilən qədər adam dünyasını dəyişib. Amma, yalnız ABŞ-da hər gün 1400 adam ürək xəstəliyindən dünyasını dəyişir. Qripin ən çox yayıldığı Asiyada, yadımda qaldığına görə 65 nəfər dünyasını dəyişmişdi. O zaman Asiya əhalisinin sayı 3.622.994.130 nəfər olub. Yəni dünya əhalisinin 56.4%-i. 65-i bu rəqəmə bölsək 54 milyon alınır. Belə çıxır ki, Asiyada hər 54 milyona 1 ölüm hadisəsi düşüb. Bu haradan dünyanın axırına çıxan epidemiya oldu?

Eyni ajiotaj 21 dekabr ətrafında yaranmaqdadır. Biznes sahibləri bundan qalın pul kisələrini daha da qalınlaşdırmaq istəyirlər. Siyasətçilər isə bundan istifadə edərək, dünyada baş verən demokratya oyanışını boğmaq niyyətindədirlər. İnsanların başı hansısa müddətə qaranlıqda yaşamaq qorxusuna qarışsın və onlar da bu mərhələdə özlərinə gəlsinlər”.

R.Nurullayev hesab edir ki, 21 dekabr məsələsinin arxasında siyasətin dayandığı istisna oluna bilməz. “Məgər ABŞ-ın Kosmik Agentliyi (NASA) 21 dekabrla bağlı həqiqəti bilmir? Onlar birmənalı və konkret şəkildə bəşəriyyətə lazımı məlumatı verə bilərlər. Eynilə bunu Çin, Böyük Britaniya, Fransa və Rusiya da edə bilər. Amma indiki halda görünür ki, Çin və Rusiya bu məsələnin daha da şişməsində maraqlıdır, qalan ölkələr isə bu ajiotajın arxasında dayanan iqtisadi maraqlarını güdürlər”.

Şübhə 3. İnsanlar ruhdan düşür...

Psixoloq Dəyanət Rzayev: “Bu cür xəbərlərin ilk təsiri ondan ibarət olur ki, insanlar təşviş, psixoloji gərginlik keçirir. Düzdür, belə xəbərlərə inanmayanlar da az deyil. Amma geniş ictimaiyyət belə xəbərlərə əhəmiyyətsiz yanaşmır”. D.Rzayev bildirir ki, belə xəbərlərdən qlobal böhran keçirən ölkələrin və inqilab, kütləvi itaətsizlik narahatçılığı keçirən dövlətlərin siyasi məqsədlərlə istifadə edə bilməsi mümkündür. “Çünki insan psixologiyasını təhlil etsək, bu cür xəbərlərdən insanlarda öz vəziyyəti ilə barışmaq, qorxu, və nəhayət, ruh düşkünlüyü yaranır”.

Şübhə 5. Belə “tarixlər”in son illərki sayı.   

1998 - Yer kürəsinin nəhəng kometa ilə toqquşması nəticəsində şimal və cənub yarımkürələrinin dəyişməsi gözlənilirdi.

1999-cu il 11 avqust - Nostradamusa görə, sonuncu Günəş tutulması olmalı idi.

2000-ci il- xristianlar uzun müddət bu ili dünyanın sonu  kimi təqdim edirdilər.

2000-ci il 5 may - Mayalıların öncəgörmələrinə əsasən, planetlərin paradı başlamalı idi: Saturn, Yupiter, Mars, Yer bir istiqamətdə düzülməliydi və bu, bəşəriyyətin sonu demək idi.

2001-ci il 11 avqust - qara dəlik Yer kürəsini və Günəş sistemini udmalı idi.

2006-cı il - Astroloqların öncəgörmələrinə əsasən, Yerə İkar adlı böyük asteroid düşəcəkdi.

201-ci il - Asteroid 2005-in Yu55-lə toqquşması.

Nəhayət, 2012-ci il - Maya təqviminin sonu...

Elə bilirsiniz, bu sondur? Xeyr, hələ gözləyin...

...2013-cü il - Nostradamusa görə, Raqonrok - Axirətin sorgu-sual günü başlayır.

2014-cü il – Yerə Günəş sisteminin qarşısına çıxan hər şeyi məhv edən kosmik toz topası dəyəcək.

2016, 2018, 2019, 2020...

Yeri gəlmişkən, sonuncu “qara tarixi” İsaak Nyuton hesablayıb. O, İohan Boqoslovun öncəgörmələrinə əsaslanaraq, hesablayıb və iddia edib ki, dünyanın sonu məhz 2020-ci ildə olacaq... Necə deyərlər, şərhsiz...

Qızılgül

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı