Modern.az

Əkrəm Əylisli millət vəkilinə cavab verdi

Əkrəm Əylisli millət vəkilinə cavab verdi

Ölkə

24 Dekabr 2012, 15:40

“Siyavuş Novruzov nə deyir desin, onun heç bir sözünə cavab verən deyiləm  Onun bacara bildiyi ancaq danışmaqdır”. Bunu Modern. az-a xalq yazıçısı Əkrəm Əylisli söyləyib. 

Ötən həftə Milli Məclisin plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov yaradıcı təşkilatların və yazarların fəaliyyətindən narazılıq ifadə edib. O, yazıçıları ədəbi hadisə yarada və əsərlərində məişət üslubundan kənara çıxa bilməməkdə qınayıb.
“Ancaq öz bibilərindən, xalalarından və s. yazmaqla kifayətlənirlər ”, – deyə S. Novruzov bildirib.

“Bibisindən, xalasından yazan”lardan danışarkən deputatın Ə. Əylisini hədəf götürməsi ehtimalı böyükdür. Belə ki, xalq yazıçısının ən yaxşı əsərlərindən biri də “Mənim nəğməkar bibim” povestidir.

 

Şahanə Rəhimli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı