Modern.az

Kriminal xəbər

Kriminal xəbər

Ölkə

11 Noyabr 2014, 15:34

İllərdir kriminal xəbərlərin ardı-arxası kəsilmir və qulağımızı açıb informasiya məkanında hər gün eşitdiyimiz dəhşətli xəbərlərin pis ovqatını yaşamalı oluruq. Azərbaycan insanının həyatının ən əhəmiyyətli hissəsi qida və əyləncədən ibarət olduğuna görə, başqa sferalarda daha dəhşətli və faciəli sayılacaq xəbərləri qulaqardına vuraraq beynimizə deyil, bağırsaqlarımıza ötürürük. O məlumatlardan birinə Azərbaycanda erməni məsləsinin dəyərli tədqiqatçısı, bilgə dostumuz Hatəm Cabbarlının statusunda rast gəldim və həqiqətən dəhşətə gəldim. Həmin statusu olduğu kimi yazıram:

"Axundov adina kitabxanada təxminən 10 il əvvöl ermönicö kitablarla maraqlandım. Dili bilmədikləri üçün məni apardılar aşağı. Mənzərə dəhşıtdi. 1 “Kamaz” kitabı elə bil tökübsən ortalığa. 5-6 rəfdə də kitab düzülmüşdü. Deməli nadir nüsxə ermənicə kitablar kif tutmuşdu. 150-200 illik yüksək keyfiyyətli kitablar çürüyürdü. Erməni tarixinə aid gözəl kitablar vardı. Rəsmilərə bu kitabları təsnif edib rəfə düzmək istədiyimi bildirdim... izn vermədilər. O zaman bütün kitabları mənə vermələrini istədim... vermədilər. Gözümə sataşan dəyərli kitabları bir kənara səliqəli düzdüm. İndi də yaxşı gündə olduğunu zənn etmirəm. Əslində o kitablari sevə-sevə təsnif edib rəfə düzərdim... və ya mənə versinlər hamısını...".

İndi o kitablar hansı vəziyyətdədir, təbii ki, bilgimiz yox. Ancaq kitaba münasibətin dəyişmədiyindən əminəm. Erməni ilə düşmənik, ancaq düşmənin hər bir kitabı, hər bir çap mediası bizim üçün zəruri tədqiqat vasitəsidir. Bunları qorumadığımıza görə, sonradan başqa ölkələrin kitabxanalarında özümüzə aid bir fakt tapanda sevincimizdən uçuruq. Müstəqillik dövrümüzdən başlayaraq hansı yazıçıya siyasi və ya ictimai münasibət dəyişibsə, çoxumuzun ağlına gələn ilk təklif bu olub ki, "gəlin kitablarını yandıraq!".

Babalarımız da biz ağılda olduqlarına görə, "Kitabi Dədə Qorqud" kimi unikal sənət abidəsinin bir nüsxəsini Vatikandan, digərini də Drezdendən tapıb çıxara bimişik. Avropalının özünə dəxli olmayan kitaba münasibətinin hesabına tariximizin və dilimizin bu əsrarəngiz abidəsini tədqiq edə bilmişik. Doğrudur, Avropada Faşıst Almaniyasında da, SSRİ-də Sovet Rusiyasında da yandırılan və ya həbs olunan kitabların tarixi də yaddaşımızdadır, ancaq modern cəmiyyətdə, həm də bir kababxanada deyil, kitabxanada kitaba belə bir münasibət ciddi bir kriminal hadisə sayılmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı