Modern.az

DYP qırmızı işıqda keçən sürücülərin sayını AÇIQLADI

DYP qırmızı işıqda keçən sürücülərin sayını AÇIQLADI

Hadisə

22 Oktyabr 2019, 14:49

“2019-cu ilin yanvar-sentyabr aylarında 50600 sürücü svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə məsuliyyətə cəlb olunub”.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2. maddəsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 60 manat və 3 cərimə balı nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək