Modern.az

İndiyə kimi 87 Şəhidimizin övladı dünyaya gəlib

İndiyə kimi 87 Şəhidimizin övladı dünyaya gəlib

Hadisə

28 May 2021, 09:18

Azərbaycan Silahlı  Qüvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı hələ ki 2895 nəfərdi. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 8 may 2021-ci il tarixində dəyişib. Həmin siyahıya əsasən, əlavə olaraq 19 hərbi qulluqçumuz da itkin düşmüş sayılır...

Şəhidlərimizin arasında ata olmağa hazırlaşanları var idi. Onlar ata olmaq hissini yaşaya bilməsələr də, övladlarına yaşaya biləcəkləri, işğaldan azad  olunmuş Vətən əmanət edib dünyadan köçdülər.


Modern.az
şəhid hərbiçilərimizin özlərindən sonra doğulan körpələri ilə bağlı statistikanı dəqiqləşdirməyə çalışıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyin sədri Sevinc Orucova saytımıza  bildirib ki, şəhid olan hərbçilərimizin sonradan dünyaya gəlmiş övladlarının sayı 87-dir.

O, körpələr bizim gələcəyimiz, igidlərimizin  vətənə yadigarlarıdır.



Humay İsgəndərova

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək