Modern.az

Posta gedən zabitimiz həlak oldu

Posta gedən zabitimiz həlak oldu

Hadisə

19 İyun 2022, 08:15

Naxçıvan Muxtar Respublikası ərazisində qulluq edən Əlahiddə Ümumqoşun Ordusunun zabiti - kapitan Yolçuzadə Nizami Vahid oğlu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Modern.az-ın mərhumun yaxınlarından əldə etdiyi məlumata görə, hərbçinin olduğu maşın onu döyüş postuna apararkən dərəyə aşıb.

Məlumata görə, hadisə mərhum zabitin məzuniyyətdən sonrakı ilk xidmət günündə baş verib.

Yolçuzadə Nizami Vahid oğlu əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.
 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...