Modern.az

Kəlbəcərdə ağır qəza: Hərbçimiz yaralandı, ölən var

Kəlbəcərdə ağır qəza: Hərbçimiz yaralandı, ölən var

Hadisə

1 Fevral 2023, 08:18

Fevralın 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

 

Avtomobildə olan 3 nəfər çıxarılıb. İki mülki vətəndaş və bir hərbçinin olduğu avtomobildə hərbçi və digər sərnişin F.Hüseynova xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır