Modern.az

“İtlər uşağın bütün bədənini parçalayıblar”

“İtlər uşağın bütün bədənini parçalayıblar”

Hadisə

4 Mart 2024, 15:14

Qaradağ rayonunun Qobu qəsəbəsində sahibsiz itin azyaşlıya hücum edib. Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Modern.az-ın məlumatına görə, azyaşlının anası Fatma Şahbazova deyib ki, hadisə dünən saat 5-də baş verib.

 

"Dostları ilə həyətdə oynadığı vaxt üç it hücum edib, parçalayıb”, - Fatma Şahbazova qeyd edib. O bildirib ki, it övladının bütün bədənini parçalayıb.

 

“Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələ ilə ciddi maraqlansınlar. Bu hadisə hamının başına gələ bilər”.

 

Uşağın babası Səfər Şahbazovun sözlərinə görə, yaşadıqları ərazidə başqa sakinlər də bir neçə dəfə küçə itlərinin hücumuna məruz qalıblar:

 

“Üç it hücum edib, uşağı dişləyib. Cavan bir oğlan görüb, çətinliklə xilas edib. Uşağın qolu, ayağı pis vəziyyətdədir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir