Modern.az

Bu il yol qəzalarında 25 nəfər ölüb

Bu il yol qəzalarında 25 nəfər ölüb

Hadisə

4 Mart 2024, 16:50

Bu ilin yavar və fevral ayları ərzində Bakı şəhərində baş verən yol qəzaları zamanı 25 nəfər ölüb.

 

Bu barədə Modern.az Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, paytaxt ərazisində cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.

 

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir