Modern.az

Sumqayıtda yük avtomobili yandı - VİDEO

Sumqayıtda yük avtomobili yandı - VİDEO

Hadisə

6 Mart 2024, 08:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Kamaz” markalı yük avtomobilinin kabinasında baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

 

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir