Modern.az

“Crocus City Hall”dakı terrorda ölənlərin sayı 133-ə çatıb - YENİLƏNİB

“Crocus City Hall”dakı terrorda ölənlərin sayı 133-ə çatıb - YENİLƏNİB

Hadisə

23 Mart 2024, 17:40

Moskvada terror aktı nəticəsində ölənlərin sayı 133-ə çatıb.

 

Modern.az xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsi bildirib.

 

Qeyd olunub ki, “Crocus City Hall”da dağıntıların bir hissəsi təmizlənib. Nəticədə ölənlərin sayının 133 nəfərə çatdığı məlum olub. Axtarış tədbirləri davam edir.

 

Terror aktı nəticəsində yaralanan 107 nəfər isə xəstəxanalarda müalicə olunur, onlardan üçü uşaqdır.

 

****

14:00

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115- nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindan məlumat verilib.

 

Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, terror aktı nəticəsində xəsarət alan 44 nəfərin, o cümlədən 2 uşağın vəziyyəti ağır qiymətləndirilir.

 

****

12:42

Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilkin siyahısını dərc edib.

 

Modern.az xəbər verir ki, siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən Vüqar Hüseynov adlı şəxsin də adı var.

 

Rusiya İstintaq Komitəsi hadisə nəticəsində 93 nəfərin həlak olduğunu bildirir.

****

10:42

Sonuncu məlumata görə, “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 80 nəfər həlak olub, onlardan 3-ü uşaqdır.

 

Modern.az xəbər verir ki, ölənlərin sayının arta biləcəyi bildirilir. Xəstəxanalarda 121 nəfər müalicə alır.

 

Həlak olanların rəsmi siyahısı Moskva vaxtı ilə saat 10-da dərc ediləcək.

 

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına görə, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Saxlanılanlar Tacikistan vətəndaşlarıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir