Modern.az

Naxçıvanda avtomobil yolunda uçqun - FOTOLAR

Naxçıvanda avtomobil yolunda uçqun - FOTOLAR

Hadisə

28 Mart 2024, 09:05

Naxçıvanda avtomobil yolunda uçqun olub.

 

Bu barədə Modern.az-a Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Hadisə Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

 

Əraziyə Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

 

Naxçıvanda avtomobil yolunda uçqun oldu - FOTOLAR

Naxçıvanda avtomobil yolunda uçqun oldu - FOTOLAR

Naxçıvanda avtomobil yolunda uçqun oldu - FOTOLAR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir