Modern.az

Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır

Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır

Hadisə

28 Mart 2024, 11:42

Qazaxda tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

 

Qazax rayon prokurorluğundan Modern.az-a verilən xəbərə görə, ötən il noyabrın 22-də Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb (//genprosecutor.gov.az/az/post/7046).

 

İbtidai istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Rəşad Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir