Modern.az

Lənkəranda ağır qəza - 3 nəfər yaralandı

Lənkəranda ağır qəza - 3 nəfər yaralandı

Hadisə

28 Mart 2024, 15:38

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. "Tofaş" markalı nəqliyyat vasitəsinin sürücüsü hərəkətdə olarkən, ötmə əməliyyatı aparmaq istəyib. Bu zaman sürücü idarəetməni itirib və yol kənarında dayanan avtomobillərə çırpılıb. Qəzada 2 nəqliyyat vasitəsi əzilib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər Liman şəhər sakini - 2001-ci il təvəllüdlü İsa Vasif oğlu Adıgözəlov, 2003-cü il təvəllüdlü Fərhad Akif oğlu Həsənov və 2003-cü il təvəllüdlü Mülayim Vüqar oğlu Səlimov Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir