Modern.az

Yasamaldakı ağır qəzada ölənlərin adları açıqlandı - VİDEO

Yasamaldakı ağır qəzada ölənlərin adları açıqlandı - VİDEO

30 Mart 2024, 09:43

Gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, saat 22:30 radələrində Əliyev Asim Asiman oğlunun idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı avtomobil dairəvi yolda “Socar” YDM-nin qarşısında idarəetməni itirərək avtomobil yolun əks istiqamətinə keçib. Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus “VOLVO FH PC24-4*2” TIR-a çırpılıb.

 

Nəticədə “Chevrolet Cobalt LTZ” markalı avtomobilin sürücüsü Əliyev Asim Asiman oğlu və həmin avtomobildə ərnişin Mikayılov Ruslan Maşallah oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir