Modern.az

Yolu keçmək istəyirdi, maşın vurdu

Yolu keçmək istəyirdi, maşın vurdu

Hadisə

23 İyul 2024, 09:08

Balakən rayonun Talalar kəndi ərazisində avtomobil qadını vuraraq öldürüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qurupundan məlumat verilib.

 

Bildirilib ki, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB