Modern.az

Ağdamda çoban çobanı güllələdi

Ağdamda çoban çobanı güllələdi

Hadisə

15 İyun 2026, 16:03

Ağdamda çoban çobanı ov tüfəngi ilə güllələyib.

Modern.az xəbər verir ki, hadisə rayonun Çullu kəndində baş verib.

Belə ki, 1979-cu il təbəllüdlü Elşad Gözəlov mübahisə nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Şirinova ov tüfəngindən atəş açıb. Qolundan yaralanan Rövşən Şirinov xəstəxanaya çatdırılıb.

Elşad Gözəlov hadisədən sonra həmin tüfənglə qarın nahiyəsinə atəş açaraq özünü öldürüb.

Ov tüfəngi maddi sübut olaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...