Modern.az

Moskvanın ən böyük neft zavodu vuruldu

Moskvanın ən böyük neft zavodu vuruldu

Dünya

Bu gün, 10:58

Ukraynanın hücum dronları Kremldən 15 kilometr aralıda yerləşən Moskva Neft Emalı Zavoduna hücum edib.

Modern.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Kapotnya rayonundakı zavoda dronların düşməsi zamanı müəssisədə yanğın baş verib.

Xatırladaq ki, zavod Moskvanın ən böyük neft emalı zavodudur. Paytaxtın yanacaq bazarının təxminən 35%-ni təşkil edir. Moskvanın benzin ehtiyatlarının 40%-i, bölgə üçün dizel yanacağının 50%-i və Moskva hava limanları üçün yanacaq məhz bu zavoddan satılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ