Modern.az

50 yaşlı kişini arı sancdı, şoka düşdü

50 yaşlı kişini arı sancdı, şoka düşdü

Hadisə

15 İyun 2026, 22:26

Ağdamda 50 yaşlı kişi arı sancması nəticəsində şok keçirib.

Modern.az xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Yasin Yadulla oğlu Əhmədov saxladığı arılara qulluq edərkən onu arı sancıb. Nəticədə Y. Əhmədovun vəziyyəti qəfil pisləşib və o, şok keçirib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

(Qafqazinfo)

Sizə yeni x var
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi