Modern.az

Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi - REYTİNQ

Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi - REYTİNQ

31 Mart 2023, 17:54

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb.

 

Modern.az xəbər verir ki, ilk onluqda Azərbaycanın bir təmsilçisi yer alıb.

 

Teymur Rəcəbov 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2738 xalla bir pillə geriləyərək 16-cı yerə enib.

 

Qədir Hüseynov (2661) 4 pilləlik irəliləyişlə 79-cu sıraya yüksəlib. Rauf Məmmədov (2646) isə 100-cü sıradan 98-ci pilləyə qalxıb.

 

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Din Liren (2788) üçüncüdür.

 

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 23-ci, Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədova (2349) 96-cı yerdə qərarlaşıblar.

 

Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu hindistanlı Xampi Koneru (2576) və FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2565) izləyirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı