Modern.az

Reklamla yox, işlə məşğul olun! – Şərhçidən nazirliyə etiraz

Reklamla yox, işlə məşğul olun! – Şərhçidən nazirliyə etiraz

İdman

1 May 2023, 23:27

“Kimliyindən, qazandığı nəticədən asılı olmayaraq, professional idmanda olduğu kimi, uşaq idmanında da məşqçiliyə yalnız lisenziyası olan şəxslər buraxılmalıdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri tanınmış idman şərhçisi, “qol.az” saytının baş redaktoru Aydın Bağırov Sumqayıtda idman zalında 7 yaşlı uşağın müəllimi tərəfindən aldığı xəsarət nəticəsində ölmünü əks etdirən görünütləri şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, Sumqayıtda məşq zamanı 7 yaşında uşağın ölməsinə səbəb olan faciəvi hadisə illərdir idman jurnalistlərinin qaldırdığı problemi bir daha gündəmə gətirir: 

 

“Kimliyindən, qazandığı nəticədən asılı olmayaraq, professional idmanda olduğu kimi, uşaq idmanında da məşqçiliyə yalnız lisenziyası olan şəxslər buraxılmalıdır. Son hadisə isə dövlətin idmana cavabdeh qurumu olan Gənclər və İdman Nazirliyi, idman federasiyaları üçün SOS siqnalı olmalıdır. Ayılın artıq. Özünü reklamla yox, məsuliyyət sahənizə aid işlərlə məşğul olun”.

 

A.Bağırovun sözlərinə görə, sertifikasiya prosesi aparılsa, yetərincə problem ortaya çıxacaq: 

 

“O zaman aydın olacaq ki, uşaqdan əvvəl o “müəllimlərin” özünə psixoloji dərs, nizam-intizam öyrətmək lazımdır. Dediklərim əsasən də futbola aiddir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü