Modern.az

Güləşçilərimiz reytinq turnirinə yollanır

Güləşçilərimiz reytinq turnirinə yollanır

İdman

25 May 2023, 13:02

İyunun 1-dən 4-dək Qırğızıstanın paytaxtı Bişkekdə reytinq turniri keçiriləcək.

 

Modern.az xəbər verir ki, “Bişkek Arena”da keçiriləcək yarışda ölkəmizi 11 güləşçi təmsil edəcək.

 

İyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mübarizə aparacaq. Növbəti 2 gündə baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaq. İyunun 3-də Maqomedxan Maqomedov (97 kq) çıxış edəcək. Turnirin son günündə isə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmagomedov (92 kq) güləşəcək.

 

Görüşlər hər gün Bakı vaxtı ilə 08:30-da başlayacaq. Medallar uğrunda görüşlərə isə 16:00-da start veriləcək.

 

Qeyd edək ki, Bişkekdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü