Modern.az

Qalmaqala səbəb olan hakim işdən çıxarıldı 

Qalmaqala səbəb olan hakim işdən çıxarıldı 

4 Mart 2024, 18:13

İspaniya La Liqasının XXVII turunda "Valensiya" -Real Madrid" matçını idarə edən Xesus Gil Manzano müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna qarşılaşmanın son anlarında hakimin verdiyi mübahisəli qərar səbəb olub. Belə ki, "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem əlavə olunuş dəqiqələrdə Brahim Diazın ötürməsindən sonra topu tora göndərsə də, ondan bir neçə saniyə əvvəl baş hakim final fitini səsləndirib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, Xesus Gil Manzanonun qərarı paytaxt təmsilçisinin futbolçularının hiddətinə səbəb olub. Cud Bellinqem və Antonio Rudiger mübahisəyə görə qırmızı vərəqə alıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!