Modern.az

Gimnastlarımız Almaniyada Dünya Kubokunda iştirak edəcəklər

Gimnastlarımız Almaniyada Dünya Kubokunda iştirak edəcəklər

İdman

19 Mart 2024, 12:04

Batut gimnastikası üzrə Azərbaycan millisi martın 23-24-də Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

 

Modern.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vladimir Şulikinin rəhbərliyi altında Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev ölkəmizi təmsil edəcəklər.

 

Beynəlxalq dərəcəli hakim Kamil Quliyev Dünya Kubokunda əsas referilərdən olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü