Modern.az

Milli Məclis TANAP-la bağlı memorandumu təsdiqlədi

Milli Məclis TANAP-la bağlı memorandumu təsdiqlədi

İqtisadiyyat

30 Sentyabr 2016, 14:06

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Transanadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinəgörə, məsələ ilə bağlı Milli Məclisin vitse-spikeri Valeh Ələsgrov bildirib ki, Türkiyə tərəfi memorandumu zəruri dövlət prosedurlarından keçirib və təsdiq edib.

 

 V.Ələsgərov vurğulayıb ki, memorandumun Azərbaycan tərəfindən də təsdiq edilməsi TANAP layihəsinə çox dəyərli bir dəstək olacaq. Anlaşma Memorandumu Milli Məclis tərəfindən təsdiq olunub.

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!