Modern.az

Neft daha 20% ucuzlaşdı – 1 barel 32 dollar

Neft daha 20% ucuzlaşdı – 1 barel 32 dollar

İqtisadiyyat

9 Mart 2020, 09:10

Dünya bazarlarında neft kəskin ucuzlaşmağa başlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, birjaların açılışında 46 dollara olan Brent markalı neft ilk saatlarda 20% dəyər itirərək 35, 26 dollara qədər geriləyib.

 

WTI markalı Texas nefti isə 21% dəyər itirərək 32,5 dollar olub. Sonrakı saatlarda Brent nefti 33 dollara düşüb. Sonuncu dəfə “qara qızıl” bu qiymətə 2016-cı ilin yanvarında satılıb. Ümumilikdə isə, 1991-ci ildə ABŞ-ın İraqda keçirdiyi “Səhrada Tufan” əməliyyatında bəri 1 gündə bu neft qiymətlətinin ən böyük düşüşü sayıla bilər.

 

Analitik mərkəzlər neftin 1 barelinin 20 dollara qədər ucuzlaşacağını düşünür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!