Modern.az

\"Mall\"lardakı aptek və ərzaq mağazaları işləyir - İqtisadiyyat Nazirliyi

\

23 Mart 2020, 19:19

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və Mall-ların fəaliyyəti bir ay müddətinə dayandırılıb.

İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur:

 

"Həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər. Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və Mall-ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi