Modern.az

Azərbaycan "OPEK+"un yeni hasilat təklifini DƏSTƏKLƏDİ

Azərbaycan

İqtisadiyyat

3 Noyabr 2021, 18:48

Azərbaycan “OPEC+” istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, bu, sabitliyi qorumaq üçün ən optimal qərardır. İstehsalın artırılması ilə bağlı istənilən qərar iqtisadi səbəblərə və bazarın hərtərəfli araşdırılmasına əsaslanmalıdır.

 

“Biz tələbatda kəskin artım müşahidə etmirik, çünki elektrik enerjisi istehsalçıları təbii qazı əvəz etmək üçün həmişə neft məhsullarını seçmirlər. Onlar, həmçinin nüvə enerjisindən və kömürdən istifadə edirlər”, - deyə P.Şahbazov vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi