Modern.az

Dəmir yolu nəqliyyatı ilə sərnişindaşımalar 30%-dən çox artıb

Dəmir yolu nəqliyyatı ilə sərnişindaşımalar 30%-dən çox artıb

İqtisadiyyat

15 Mart 2024, 13:20

Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında 3 milyon ton yük, 1 261,5 min sərnişin daşınıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,7%, sərnişin daşınmasında isə 30,8% artım müşahidə olunub.

 

“Orta hesabla sutkada 363 vaqon yüklənilib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,5 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir