Modern.az

Mərkəzi Bankı uçot dərəcəsini 7%-ə kimi azaldacaq

Mərkəzi Bankı uçot dərəcəsini 7%-ə kimi azaldacaq

İqtisadiyyat

15 Aprel 2024, 10:50

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda uçot dərəcəsinin 2024-2025-ci illərdə azaldılmaqda davam edəcəyini proqnozlaşdırıb.

 

Modern.az xəbər verir ki, ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu 7,5%-dən 7,0%-ə, 2025-ci ilin birinci rübü üzrə 7,25%-dən 6,75%-ə, 2025-ci ilin sonu üzrə 6,5%-dən 6,00%-ə endirib. Başqa sözlə, ING aprel ayının 11-də açıqladığı pul siyasəti ilə bağlı proqnozunu əvvəlki proqnoza nisbətən 0,5% bəndi azaldıb.

 

Qeyd edək ki, Mərkəzi Bank son dörd qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il martın 28-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,75%-dən 7,50%-ə, faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,50%-ə kimi azaldılıb, faiz dəhlizinin aşağı həddi isə 6,25% səviyyəsində dəyişməz saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!