Modern.az

Qeyri neft-qaz sektoru üzrə gəlirlər proqnozdan çox olub

Qeyri neft-qaz sektoru üzrə gəlirlər proqnozdan çox olub

İqtisadiyyat

23 Aprel 2024, 15:40

2024-cü ilin yanvar-mart ayları üzrə qeyri neft-qaz sektoru üzrə büdcə daxilolmaları 4671,7 milyon manat olub.

 

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə gəlirlər ümumi büdcə daxilolmalarının 50,6%-ni təşkil edib. Bu da proqnozla müqayisədə 472,8 milyon manat və ya 11,3 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 241,7 milyon manat və ya 5,5 faiz çoxdur.

 
2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 2914,4 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,5 faizini və ya 1469,9 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,5 faizini və ya 118,8 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,4 faizini və ya 159,4 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 9,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok